"Paşa Bank" QSC iki şirkəti məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia kredit müqaviləsindən qaynaqlanan mübahisələrdən yaranıb.
Məhkəməyə verilən şirkətlərdən biri "Bakı Tekstil" MMC-dir.
Cavabdeh şəxs qismində Mustafayev Fuad Hafiz oğlu, maraqlı şəxs qismində isə "Sahibkarlığın İnkişafı Fondu" PHŞ iştirak edir.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənova təyin edilib.
Məhkəməyə verilən digər şirkət isə "Korkmaz Group" şirkətidir.
Cavabdeh şəxs qismində aşağıdakı şəxslər iştirak edir:
- Cavabdeh: Mustafayev Ruslan Elman oğlu
- Cavabdeh: Korkmaz Hicran Allahverdi qızı
- Cavabdeh: Korkmaz Mustafa
- Cavabdeh: Mustafayeva Yekunə Mənəf qızı
- Cavabdeh: Rzayeva Zenfira Əlimərdan qızı
İşə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyev təyin edilib.