“Nazim 1001” MMC "Xaliq Faiqoğlu" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Appelaysiya Məhkəməsində baxılır. İddia hakim Vüsalə Baxışovanın icraatındadır.
Xatırladaq ki, Xaliq Faiqoğlu şirkəti 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlayıb, 2004-cü ildə isə “Xaliq Faiqoğlu” MMC təsisi edilib.