"Muğan Kitt” şirkəti barəsində mülkiyyət əleyhinə olan (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə görə, İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir
İş İsmayıllı Rayon Məhkəməsində hakim İlqar Hüseynovun icraatındadır.