“Mineral Sular” MMC-yə idarəçilik qaydaları əleyhinə olan (Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə görə Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
İş Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın icraatındadır.
Qeyd edək ki, "Mineral Sular" MMC 15.05.2012-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 3 723 510 manatdır.
Qanuni təmsilçisi Şahin Əhmədov Nüsrət oğludur.
Hüquqi ünvanı Az0100, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı Şossesi (Xırdalan) ev, 8-də yerləşir.
"Mineral Sular" MMC daha öncə də həmin məcəllənin 239-cu maddəsi ilə məhkəməyə verilmişdi