“Milla Diary” MMC-yə gömrük qaydaları əleyhinə (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -
inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30-50 faizədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 manatadək olan məbləğ başa düşülür.
İşə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynli hakim təyin edilib.
Qeyd edək ki, "Milla Diary" MMC (VÖEN: 1300995031) 21.04.2006-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 41 131 038 manatdır. Qanuni təmsilçisi Azər Vahabzadə Adil oğludur.
Hüquqi ünvanı Az0115, Abşeron Rayonu, Hökməli Ştq, (Bakı-Şamaxı Şossesi), ev 15-ci km-də yerləşir.