"Medaura Klinikası" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə görə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksək konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/