"İstanbul Klinika" MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə görə müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılır.
Məhkəmə ilə əlaqəli 07.02.2023, saat 10:15 təyin edilib.