"İmplantcast Azerbaijan" MMC "Medistyle" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Leyla Əliyevanın icraatındadır.
Məhkəmə ilə əlaqəli hazırlıq iclası 21.06.2023, saat 10:20-yə təyin edilib.