"İffa-2010" MMC barəsində gömrük qaydaları əleyhinə olan ((malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddasinə görə, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın icraatındadır..
Məhkəmə ilə bağlı baxış iclası 17.03.2023-cü il saat 09:50-a təyin edilib.