"İçərişəhər" Muzey Mərkəzi məhkəməyə verilib.
FED.az xəbər verir ki, Mərkəzə qarşı İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol irəli sürülüb.
271-ci maddəyə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədova təyin edilib.