“Gulfstream Disburtion” MMC-yə gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə görə mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə edilir.
İcraatda olan işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində hakim Zaur Tağıyevin sədrliyi ilə baxılır.
Qeyd edək ki, "Gulfstream Disburtion" MMC (VÖEN: 1403491721) 04.08.2016-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Adil Əliyev Faiq oğludur.
Hüquqi ünvanı Az1011, Bakı Şəhəri Nəsimi Rayonu, Səməd Vurğun, ev 34-də yerləşir.