"Gəncə İlməçi" MMC-yə siyasi, sosial və əmək hüquqları əleyhinə olan (Əməyin mühafizəsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
İş Gəncə Şəhər hakim Asif Əliyevin icraatındadır.
Qeyd edək ki, şirkət daha öncə də həmin məcəllənin 192.1-ci maddəsi ilə məhkəməyə verilmişdi.