"Gəncə Cihazqayırma Zavodu" ASC barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta cərimə oluna bilər.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
İş Gəncə Şəhər Məhkəməsinin hakimi Elxan Əlizadənin icraatındadır.
Məhkəmə baxış iclası 8 oktyabr 2024-cü il, saat 12:00-a təyin edilib.