"Fəxrəddin K" MMC "Azəriqaz İB-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Əlavə məlumat üçün qeyd edək ki, "FƏXRƏDDİN – K" MMC kərpic zavodları qrupunun yaranma tarixi 1983 – cü ildən Masallı rayonunda fəaliyyətə başlayan Azərbaycan Yerli Sənaye Nazirliyinin nəzdində olan İxtisaslaşdırılmış Quraşdırma Buraxılış və Sazlama İdarəsinin (İQBSİ) yaradılması və Fəxrəddin Əlisa oğlu Baxışov bu idarənin rəisi təyin edilməsilə başlayıb.