"Digah Broyler” MMC barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə görə, bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.
İşə Abşeron Rayon Məhkəməsində baxılır. İddia Şövkət Nəcəfovanın sədrliyi ilə araşdırılacaq.