"Dərhal LTD" şirkəti iki şirkəti məhkəməyə verib.
FED.az xəbər verir ki, məhkəməyə verilən şirkətlər “Partners and Brokers” MMC və "Facade" MMC-dir.
İddialar müqavilələrdən (daşıma) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşlərə Bakı Kommersiya Məhkəməsində baxılır. İddialar müvafiq olaraq hakim Aytən Əliyevin və Zaur Pirverdiyevin icraatındadır.