"Vega Consulting" şirkəti "Champion İz" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (borc) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Sumqayıt Kommersiya Məhkəməsində baxılır. İddia hakim Zülfüqar Sadıqovun sədrliyi ilə araşdırılacaq.