"Caspian Private Consalting” MMC iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta üzrə məhkəməyə verilib
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin icraatındadır.