"Carlsberg Azerbaijan" MMC siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin198.3-cü ( Əməyin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500-2000 məbləğdə cərimə edilir.
İş Abşeron Rayon Məhkəməsində hakim Şəfəq Məmmədovanın icraatındadır.
Məhkəmə baxışç iclası 7 oktyabr 2024-cü il, saat 14:20-yə təyin edilib.