"Capago Azerbaijan” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 30.05.2023, saat 15:00-a təyin edilib.
Qeyd edək ki, "Capago Azerbaijan" 10.04.2017-ci ildə 2000 avro sərmayə ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Afiq Atakişiyev Fazil oğludur. Hüquqi ünvanı Az1065, Bakı Şəhəri Yasamal Rayonu, Murtuza Muxtarov, ev 203A, m. 37-də yerləşir.