"Brand Credit Bank Olmayan Kredit Təşkilatı" MMC barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta ptotokolunun tərtib edilməsi ilə bağlı iddia irəli sürülüb.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
İşə Bərdə Rayon Məhkəməsində hakim Qamət Əbilov təyin edilib.
Məhkəmə baxışı zamanı "Brand Credit BOKT" MMC barəsində məhkəməyə edilən müraciət əsassız olduğundan geri qaytarılıb
“Brand Credit BOKT” MMC-nin məsələ ilə bağlı açıqlaması:
Belə ki, “Brand Credit BOKT” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq nəhkəmə müəyyən etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
Lakin məhkəmə qeyd edir ki, “Brand Credit BOKT” MMC-nin rəsmi qaydada sorğunu alıb-almaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmyıb.
Bundan başqa məhkəmə əlavə olaraq qeyd edib ki, hazırki materialın Bərdə Rayon Məhkəməsinə göndərilməsi aidiyyat qaydalarının pozulmasıdır. Bu və digər qanunla nəzərdə tutulmuş əsaslara görə Bərdə Rayon Məhkəməsi “Brand Credit BOKT” MMC-i barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialların geri qaytarılması barədə 3(021)-1167/2023 saylı qərərdad qəbul edib.