"Bio Gold Tarım” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində Hafiz Kamranov təyin edilib.
Qeyd edək ki, 120 manat nizamnamə kapitalına malik olan "Bio Gold Tarım" şirkəti 29 dekabr 2000-ci ildə yaradılıb, qanuni təmsilçis Vahab Rufullayev Yəhya oğludur. Hüquqi ünvanı Bakı Şəhəri Nərimanov Rayonu, Aşıq Alı, Ev 7\19, M. 151 ünvanıdır.
Şirkət respublikaya bitki mühafizəsi preparatlarının, mikro və makro gübrələrinin, toxumların kənd təsərrüfatı təyinatlı məhsulların idxalı və satışı ilə məşğuldur. «Bio Gold Tarım» MMC dünyanın bir çox ölkələrinin o, cümlədən Amerika, Çili, Belçika, Almaniya,Türkiyə, Hindistan və İspaniyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir.