"Baku Motor House" MMC vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( Məcburi auditdən yayınma) inzibati xəta üzrə cərimə oluna bilər.
FED.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə ittiham irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin icraatındadır.
Məhkəmə baxış iclası 26 dekabr 2024-cü il, saat 15:10-a təyin edilib.