"Bakıkimyaəczasənaye" ASC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 221.10-cu maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 221.10-cu maddəsinə görə dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nizami Rayon məhkəməsində hakim Mətanət Hacıyevanın icraatındadır.