"Azsığorta" ASC "Baker Azərbaycan" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərdən qaynaqlanan mübahisələr üzrə qaldırılıb.
Cavabdeh şəxs qismində fiziki şəxs Bayramov Elçin Balaş oğlu da çıxış edir.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Zaur Pirverdiyev tərəfindən araşdırılacaq.