"Aznur Medical" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 13 fevral 2024-cü il, saat 09:45-ə təyin edilib.