"Azmaş Lizinq" MMC "Rom Alpinos- Süd və Ət Məhsulları" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.
Məlumat üçün qeyd edək ki, "Azmaş Lizinq" MMC (VÖEN: 1102054191) 20.05.2019 tarixində dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 1 500 100 manatdır. Qanuni təmsilçisi Fəridə Qaraxanova Misrixanovnadır. Hüquqi ünvanı Az1063, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 1-də yerləşir.