"Azglobal İnternational" MMC məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkətə gömrük qaydaları əleyhinə olan (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) inzibati xəta protokolu tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə görə bu Məcəllənin 479 – 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin 40-60 faizinədək məbləğdə cərimə edilir
İşə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılır.