"Azfen” Birgə Müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin verdiyi inzibati xəta protokolundan şikayət verib.
Belə ki, Dövlət Əmək Müfəttişliyi tərəfindən “Azfen” şirkətinə Siyasi, Sosial və Əmək Hüquqlari Əleyhinə İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə iddası protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə görə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılır.