"Azərşəkər" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta cərimə oluna bilər.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.
Məhkəmə baxış iclası 19 noyabr 2024-cü il saat 12:15-ə təyin edilib.