"Azərbaycan Metrologiya İnstitutu” PHŞ barəsində idarəçilik qaydaları əleyhinə olan ( Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 588-1.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov təyin edilib.