"Azərbaycan Dəmir Yolları" QSC “Fatıyev Company” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Ülkər Həsənovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli hazırlıq iclası 3 aprel 2024-cü il, saat 11:30-a təyin edilib.