"Azerbaijan United Carriers" QSC “Ecofruit” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Aytən Əliyeva tərəfindən araşdırılacaq.
Xatırladaq ki, “EMA” şirkəti Azərbaycanda kənd təsərrüfatı üçün dərman, gübrə, toxum və avadanlıq sahələrində 1996-cı ildə fəaliyyətə başlayan şirkətdir.