"Azdizayn Group" MMC məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkətə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İcraatda olan işə İmişli Rayon Məhkəməsi hakim Qurban Hacıyevin sədrliyi ilə baxılır.
Qeyd edək ki, "Azdizayn" şirkəti 16.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi Cavid Süleymanbəyli Bəxtiyar oğludur. Hüquqi ünvanı Az3028, İmişli rayonu, Məmmədlidə yerləşir