“Azpetrol LTD” MMC məhkəməyə verilib.
"Altis Group of Company" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB -SƏBƏB
FED.az xəbər verir ki, iddia mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsi üzrə qaldırılıb.
İddiaçılar “Altis Group of Company” MMC və Məmmədov Nurəddin Xanbaba oğludur.
İş Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın icraatındadır.
Qeyd edək ki, “Altis Gorup of Company” MMC (VÖEN: 1000817631) 11.04.2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nəcəfov Toğrul Cahid oğludur. Nizamnamə kapitalı 2 307 143 manatdır.
Hüquqi ünvanı Az1054, Baki Şəhəri Binəqədi Rayonu, M.Rəsulzadə Ştq, Baki-Duz (Rəsulzadə Qəs.), Ev 1-də yerləşir.
"Azpetrol LTD" (VÖEN: 1700166231) 04.10.2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 779 106.70 manatdır. Qanuni təmsilçisi Ceyhun Məmmədov Əhməd oğludur.
Hüquqi ünvanı Az1095, Baki Şəhəri Səbail Rayonu, Böyük Qala, ev 37-də yerləşir.