"Almeyvə" MMC iqtisadi fəaliyyət əleyhinə olan inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İşə Bakı şəhər Nəsimi rayon Məhkəməsində müvafiq olaraq hakim Solmaz Mustafayeva və digər üç işə Babək Pənahov təyin edilib.