"Al Market" MMC barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 275.1-ci maddəsi ilə (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 500 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində baxılır. İddia hakim Elçin Ağayevin sədrliyi ilə araşdırılacaq.