"Garanti Motors Baku" MMC "Akkord"un iki şirkətini məhkəməyə verib.
FED.az xəbər verir ki, məhkəməyə verilən şirkətlərdən biri “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC.
İddianın nə üzrə qaldırıldığı məlum deyil. İş Bakı Kommersiya Məhkəməsində baxılır hakim Kənan Hüseynovun icraatındadır.
Məhkəməyə verilən digər şirkət isə "Akkord Nəqliyyat"dır.
Bu məhkəmə işi üzrə iddia müqavilələrdən qaynaqlanan öhdəliklər (sair) üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundova təyin edilib.