“Vusal-A-R” MMC "Akkord Hydrotechnical Construction Company" MMC -ni məhkəməyə verib.
FED.az xəbər verir ki, müqavilələrdən (icarə) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Akkordun həmin şirkəti (VÖEN: 1502808541) 26.01.2015 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 274 541 manatdır.. Qanuni təmsilçisi Tural Səmədov Avtandil oğludur. Hüquqi ünvanı Az1069, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, ev 59-da yerləşir.