"Akelik Group" MMC “Azərsu” ASC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (podrat) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Ali Məhkəmədə baxılır. İddia hakim İlqar Dadaşovun sədrliyi ilə araşdırılacaq.