“Agro Red” MMC-yə informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılır.