"ADY Ekspress" MMC "Baku Non Ferrous and Foundry Company" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia daşıma müqaviləsindən qaynaqlanan öhdəliklər üzrə qaldırılıb.
İş Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin icraatındadır.
Məhkəmə ilə əlaqəli hazırlıq iclası 14 mart 2024-cü il, saat 12:00-a təyin edilib.