“Paşa Bank” ASC bir neçə qurumu və şəxsi məhkəməyə verib
FED.az xəbər verir ki, iddialar müqavilələrdən (kredit) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb. .
“CEO Media” MMC-ni Qəşəmli Ceyhun Dursun oğluna qarşı qaldırılan iddia Şəki Kommersiya Məhkəməsində hakim Rüfət Məcidovun sədrliyi ilə araşdırılacaq.
"Qarabağ Transport" MMC və Bayramov Ramil Allahverdi oğluna qarşı qaldırılan iddia Bakı Kommersiya Məhkəməsində hakim Emin Əlieyin sədrliyi ilə, "İmportant Trading" MMC və Hüseynov Aqşin Rafayil oğluna qarşı qaldırılan iddia Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.