“Otogallery” MMC gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin icraatındadır.
Məhkəmə baxış iclası 21 oktyabr 2024-cü il. saat 14:45-ə təyin edilib.