“Okay Fruits” MMC-yə idarəçilik qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın icraatındadır.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/