“Ocaq Oil Group” MMC-yə gömrük qaydaları əleyhinə olan ( Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə iddası ilə irəli sürülüb.
İnnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə görə, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
İcaatda olan işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Xalidə Əlisoyun sədrliyi ilə baxılır.