“Nar Boutique Hotel” MMC barəsində məhkəməyə verilib.
FED.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.
Belə ki, “Nar Boutique Hotel” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması) protokol tərtib olunub.
Xatırladaq ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun icraatındadır.
Məhkəmə baxış iclası 19 avqust 2024-cü il, saat 15:20-yə təyin edilib.