Müdafiə Nazirliyi "Dəftərxana, təmizlik ləvazimatları və katriclərin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "NUR-E.A." MMC (VÖEN: 1603932001) olub.
Qalib şirkətə 588 670 manat ödəniləcək.
"NUR-E.A." MMC bundan əvvəl Dövlət Sərhəd Xidmətinin 133 942 manat məbləğindəki "Printerlərin katricləri və onların sərf materialları" tenderinin qalibi seçilib (15.02.2023).
Qeyd edək ki, "NUR-E.A." MMC 09.01.2020 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 5000 manatdır. Qanuni təmsilçisi Etibar Abbasov Bahadur oğludur.
Hüquqi ünvanı Az1002, Baki Şəhəri Nizami Rayonu, Mirzə Xəlil Şərifli, Ev 25, M. 221-də yerləşir.