“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderdə Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində yerləşən yaşayış kompleksinin sahəxarici və sahədaxili elektrik enerjisi təminatı, sahəxarici – sahədaxili su təchizatı və kanalizasiya şəbəkəsi, sahədaxili suvarma sistemi, sahədaxili yanğınsöndürmə sistemi, sahədaxili yanğın siqnalizasiya şəbəkəsi və sahədaxili video müşahidə şəbəkəsinin çəkilməsi işləri nəzərdə tutulur.
Müsabqiədə iştirak haqqı 1 581 manatdır.
Ehtimal olunan qiymət isə 10 milyon 543 min 272 manatdır.
Müsabiqənin dərc edilmə tarixi və vaxtı:20.09.2024 15:06
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:06.11.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı:06.11.2024 15:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əliyev Vüqar Təyyar oğlu, Satınalmaların təşkili şöbəsi-Şöbə müdirinin müavini
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 594-54-01 239