“Mgb Lo Ofisis (Azərbaycan)” idarəçilik qaydaları əleyhinə olan (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə irəli protokol sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə görə bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Xətai Rayon Məhkəməsində hakim Günel Səmədova hakim təyin edilib.